
Böyük Britaniyada pərakəndə sektorda cinayət halları artır
Fins.az - Böyük Britaniyada pərakəndə satış sektorunda cinayət halları getdikcə daha aqressiv və təşkilatlanmış xarakter alır.
“Marks & Spencer” şirkətinin direktoru Thinüs Kivin sözlərinə görə, mağaza əməkdaşları demək olar ki, hər gün təhqir və zorakılıqla üzləşirlər. O qeyd edib ki, sosial şəbəkələrin təsiri ilə təşviq olunan yeniyetmə qrupları alış-veriş mərkəzlərində ictimai asayişi pozur.
Direktor hökuməti və London şəhər rəhbərliyini antisosial davranışlara qarşı daha sərt tədbirlər görməyə çağırıb. Onun fikrincə, cinayətkarlıqla mübarizə gücləndirilməzsə və polis fəaliyyəti prioritetə çevrilməzsə, vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq.