
Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlar üçün bəzi sosial şəbəkələr məhdudlaşdırıla bilər
Fins.az - Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqlar üçün zərərli hesab olunan bəzi sosial şəbəkələrə və onlayn platformalara məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Məlumata görə, daha təhlükəsiz hesab edilən bəzi sosial media xidmətlərinə çıxış saxlanılacaq.
Bildirilir ki, hökumət bu qərarı uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə nəzərdən keçirir.
Qeyd olunur ki, təşəbbüs hazırlanarkən Avstraliyanın təcrübəsi də öyrənilib. Həmin ölkədə ötən il 16 yaşdan kiçik şəxslərin müəyyən sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub.