Böyük Britaniya Ukraynaya nüvə yanacağı tədarükü üçün 277 milyon dollar ayıracaq

Böyük Britaniya Ukraynaya nüvə yanacağı tədarükü üçün 277 milyon dollar ayıracaq

DÜNYA
173

Fins.az - Böyük Britaniya Ukraynanın atom elektrik stansiyalarının nüvə yanacağı ilə təmin olunması məqsədilə növbəti iki il ərzində 210 milyon funt sterlinq (təxminən 277 milyon ABŞ dolları) ayıracaq.

Məlumata görə, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC) çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, UK Export Finance agentliyinin və Urenco şirkətinin nümayəndələri ilə görüşdən sonra açıqlama verib.

Ayrılan vəsait Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və atom elektrik stansiyalarının sabit fəaliyyətinin təmin olunmasına yönəldiləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya Ukraynaya nüvə yanacağı tədarükü üçün 277 milyon dollar ayıracaq — Fins.az — Fins.az