
Böyük Britaniya parlamentində gizlənən qadın saxlanılıb
Fins.az - Böyük Britaniyada Vestminster Sarayı binasında bir neçə saat gizləndiyi bildirilən qadın saxlanılıb.
Məlumata görə, bu barədə London polisi açıqlama verib.
Bildirilir ki, təxminən 50 yaşlarında olan qadın parlament binasına təşkil edilən ekskursiyada iştirak etdikdən sonra binanı tərk etməyib.
Qadın daha sonra təhlükəsizlik əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.