Böyük Britaniya kralı və kraliçası ABŞ-a rəsmi səfər edəcək

Böyük Britaniya kralı və kraliçası ABŞ-a rəsmi səfər edəcək

DÜNYA
334

Fins.az - Böyük Britaniya kralı III Karl və kraliça-konsort Kamilla 27–30 aprel tarixlərində ABŞ-a rəsmi səfər edəcəklər.

Səfər çərçivəsində Vaşinqtonda keçiriləcək tədbirlərdə iştirak planlaşdırılır. Aprelin 28-də Ağ Evdə onların şərəfinə rəsmi ziyafət təşkil olunacaq.

ABŞ prezidenti Donald Tramp səfərin əhəmiyyətini vurğulayaraq kral ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.

Bukingem sarayı da məlumatı təsdiqləyərək qeyd edib ki, səfər Böyük Britaniya hökumətinin tövsiyəsi və ABŞ prezidentinin dəvəti əsasında baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya kralı və kraliçası ABŞ-a rəsmi səfər edəcək — Fins.az — Fins.az