Bolqarıstanda parlament seçkiləri keçiriləcək

Bolqarıstanda parlament seçkiləri keçiriləcək

DÜNYA
323

Fins.az - Bolqarıstanda bu bazar günü parlament seçkiləri keçiriləcək.

Səsvermədə seçki hüququ olan 6,5 milyondan çox vətəndaş 240 yerlik Milli Məclisin yeni tərkibini müəyyən edəcək. Bu, ölkədə 2021-ci ildən bəri keçirilən artıq səkkizinci parlament seçkiləridir.

Seçkilər üçün ölkə üzrə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək və səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək davam edəcək.

Seçki bülletenlərində 14 partiya, 10 koalisiya və bir müstəqil namizəd yer alıb. Lakin müşahidəçilərin fikrincə, yalnız beş siyasi qüvvənin parlamentə düşmək üçün tələb olunan 5 faizlik baryeri keçmək şansı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bolqarıstanda parlament seçkiləri keçiriləcək — Fins.az — Fins.az