BMT İranda qaçqınlara yardım üçün 80 milyon dollar toplamağa çağırır

BMT İranda qaçqınlara yardım üçün 80 milyon dollar toplamağa çağırır

DÜNYA
236

Fins.az - Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda yaşayan qaçqınlara təcili humanitar yardım göstərilməsi üçün 80 milyon ABŞ dolları məbləğində vəsait toplanmasına çağırıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Babar Baluş Cenevrədə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, regionda son dövrlərdə baş verən eskalasiya İranda yaşayan təxminən iki milyon qaçqın və onları qəbul edən icmalar üçün vəziyyəti daha da ağırlaşdırıb.

Baluş qeyd edib ki, qaçqınlar təhlükəsizlik problemləri, psixoloji çətinliklər, iş yerlərinin itirilməsi və təcili mənzil ehtiyacı ilə üzləşirlər.

Bildirilib ki, humanitar təşkilatların hazırladığı təcili müdaxilə planı 1,8 milyon qaçqının, o cümlədən əfqanların, həmçinin münaqişədən təsirlənmiş bir milyon yerli icma üzvünün dəstəklənməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMT İranda qaçqınlara yardım üçün 80 milyon dollar toplamağa çağırır — Fins.az — Fins.az