BMMT ilə Sudan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

BMMT ilə Sudan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

DÜNYA
208

Fins.az - Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın Cenevrədəki mənzil-qərargahında Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieldin Səlim Əhməd İbrahim ilə görüş keçirib.

Görüş zamanı Sudanda mövcud humanitar vəziyyət, onun mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsinə təsirləri, eləcə də BMMT-nin ölkəyə göstərə biləcəyi dəstək imkanları müzakirə olunub.

Tərəflər humanitar yardımın koordinasiyası, potensialın gücləndirilməsi, təlim proqramlarının təşkili, erkən xəbərdarlıq sistemlərinin inkişafı və mülki müdafiə sahəsində institusional imkanların möhkəmləndirilməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMMT ilə Sudan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub — Fins.az — Fins.az