Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

DÜNYA
279

Fins.az - 2026-cı ilin yanvar-mart aylarında Sumqayıt şəhərində 1 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 235 kirayə müqaviləsi rəsmiləşib.

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, 2026-cı il aprelin 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə indiyədək 9305 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib: 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub — Fins.az — Fins.az