Bezosun sərvəti yenə rekord qırdı

Bezosun sərvəti yenə rekord qırdı

DÜNYA
581

Amazon şirkətinin qurucusu və rəhbəri Ceff Bezosun sərvəti 182,6 milyarda çataraq son bir həftədə tarixi rekordunu ikinci dəfə təzələyib.

Bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə buna səbəb Amazon səhmlərinin dəyərinin davamlı artması olub. Belə ki,  bu gün şirkətin səhmlərinin qiyməti daha 2.7% artaraq rekord 3081,11 dollara çatıb. Şirkətin kapitallaşma dəyəri isə 1.54 trilyon dollara yüksəlib.

Bezos Amazon-un 11.1 faizlik payına sahibdir. O, 2017-ci ildən etibarən Forbes-in ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bezosun sərvəti yenə rekord qırdı — Fins.az — Fins.az