Berlin aeroportunun işçiləri birgünlük xəbərdarlıq tətili keçirəcək

Berlin aeroportunun işçiləri birgünlük xəbərdarlıq tətili keçirəcək

DÜNYA
276

Fins.az - Almaniyanın Xidmət İşçilərinin Həmkarlar İttifaqı (Ver.di) Berlin-Brandenburq Aeroportunda çalışan işçiləri xəbərdarlıq tətilinə çağırıb. Martın 18-nə planlaşdırılan tətilin səhər saat 05:00-da başlayaraq gecəyarısınadək davam edəcəyi və bu müddətdə hava limanında uçuşların demək olar ki, tam dayanacağı gözlənilir. Təxminən 500 əməkdaşın aksiyaya qoşulacağı bildirilir. Təhlükəsizlik yoxlamaları, qeydiyyat və baqaj xidmətləri tətilə qoşulmasa da, uçuş-enmə zolaqlarının işıq siqnallarının idarə olunması, yanğınsöndürmə və digər xidmətlərdə çalışan əməkdaşların tətilə çıxması planlaşdırılır. Martın 19-da isə Bavariya, Şimali Reyn-Vestfaliya və Hamburq əyalətlərində avtobus və metro qatarlarının da depolarda qalacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Berlin aeroportunun işçiləri birgünlük xəbərdarlıq tətili keçirəcək — Fins.az — Fins.az