
Belçikada minik avtomobilləri üçün yol ödənişi tətbiq oluna bilər
Fins.az - Belçikada minik avtomobilləri üçün yollardan istifadəyə görə ödəniş sisteminin tətbiqi planlaşdırılır.
Məlumata görə, ölkənin Flandriya, Valoniya və Brüssel regionları bu təşəbbüslə bağlı razılığa gəlib.
Layihəyə əsasən, yeni sistem həm Belçika vətəndaşlarına, həm də ölkəyə gələn xarici sürücülərə şamil ediləcək. Yol ödənişinin məbləği avtomobilin növündən asılı olacaq. Elektrikli avtomobillər üçün illik ödənişin 90 avro, köhnə daxiliyanma mühərrikli avtomobillər üçün isə 125 avroyadək müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, bir gündən iki ayadək etibarlı olacaq qısamüddətli tariflərin də tətbiqi planlaşdırılır.