
BƏƏ-də sosial şəbəkələr üçün minimum yaş həddi 15 müəyyən edilib
Fins.az - Birləşmiş Ərəb Əmirlikləri Nazirlər Kabineti uşaqların sosial media platformalarından istifadəsini tənzimləyən yeni qərar qəbul edib.
Qərara əsasən, sosial şəbəkələrdə şəxsi hesab yaratmaq və istifadə etmək üçün minimum yaş həddi 15 yaş müəyyən edilib.
Sənəd ölkədə uşaqların rəqəmsal mühitdə qorunmasının gücləndirilməsi, həmçinin onların psixoloji və sosial inkişafının dəstəklənməsi məqsədi daşıyır.
Yeni qaydalar internet təhlükəsizliyi sahəsində dövlət siyasətinin bir hissəsi kimi qiymətləndirilir.