
BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası tətbiq olunub
Fins.az - Birləşmiş Ərəb Əmirlikləri 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edib.
Qərarla ölkə uşaqların onlayn təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addım atan dövlətlər sırasına qoşulub.
Oxşar məhdudiyyətlər daha əvvəl Avstraliya, Böyük Britaniya və Kanadada da müzakirə olunub və ya tətbiq edilməyə başlanıb.
Yeni qaydaların məqsədi uşaqları internetdəki risklərdən qorumaq və onların rəqəmsal mühitdə təhlükəsizliyini artırmaqdır.