Bayden dövründə Çin ilə ilk ticarət danışığı baş tutub

Bayden dövründə Çin ilə ilk ticarət danışığı baş tutub

DÜNYA
591

ABŞ Ticarət Nümayəndəsi Katherine Tai və Çin Baş nazirinin müavini Liu He arasında ‘səmimi'  telefon danışığı olub.

Marja xəbər verir ki, ticarət mövzusundakı anlaşılmazlıqları aradan qaldırmağa çalışan iki tərəf, Co Baydenin vəzifəyə gəldiyi Yanvar ayından bəri ilk yüksək səviyyəli danışıqları aparıblar.

Çin Ticarət Nazirliyinin yaydığı məlumata görə, qarşılıqlı hörmət çərçivəsində ‘faydalı və səmimi' bir danışıq reallaşıb.

ABŞ-da yeni hökumət Çinə qarşı duruşunu nəzərdən keçirir və amma hələ keçmiş Prezident Donald Trampın başlatdığı siyasətdə əhəmiyyətli bir dəyişiklik etməyib. Ancaq bəzi dəyişikliklər olacağına dair mesajlar verilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayden dövründə Çin ilə ilk ticarət danışığı baş tutub — Fins.az — Fins.az