Batumi limanında yükdaşımalar 18% artırıb

Batumi limanında yükdaşımalar 18% artırıb

DÜNYA
1,011

Batumi Neft Terminalı ilin birinci yarısında 3 milyon tondan çox yük daşınıb.
Fins.az xəbər verir ki, bu göstərici də 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Hesabata görə, neft və neft məhsullarının daşınmasının həcmi 409 min tona qədər azalıb, bu göstərici  2019-cu ilin birinci yarısına nisbətən 16% azdır
Bu azalma, Türkmənistandakı  neft emalı zavodunda aparılan təmir işləri, həmçinin koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyət nəticəsində yüngül neft məhsullarına tələbatın azalması ilə əlaqədardır deyə terminaldan bildirilir.

2020-ci ilin yanvar-iyun aylarında yük daşımalarının ümumi həcminin artması quru yük daşınmasının həcminin 124 min ton və ya 37%, konteyner yüklərinin 506 min ton və ya 38% artması ilə əlaqədardır.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Batumi limanında yükdaşımalar 18% artırıb — Fins.az — Fins.az