Banqladeşdə torpaq sürüşməsi 9 nəfərin həyatına son qoyub

Banqladeşdə torpaq sürüşməsi 9 nəfərin həyatına son qoyub

DÜNYA
177

Fins.az - Banqladeşin cənub-şərqində yerləşən Koks Bazar rayonunda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 9 nəfər həlak olub.

Leysan yağışları qaçqın düşərgələri də daxil olmaqla çoxsaylı yaşayış məntəqələrinə ciddi ziyan vurub. Son 24 saat ərzində rayonda 250 millimetrdən çox yağıntı qeydə alınıb və sinoptiklər güclü yağışların daha iki gün davam edəcəyini proqnozlaşdırırlar. Hazırda riskli ərazilərdə yaşayan sakinlərin təxliyəsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Banqladeşdə torpaq sürüşməsi 9 nəfərin həyatına son qoyub — Fins.az — Fins.az