
Bakıda UFC turnirinin biletləri 15 mayda satışa çıxacaq
Fins.az - Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşü üçün biletlərin satış tarixi açıqlanıb.
UFC Fight Night Baku üçün biletlər 15 may saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Baş döyüşdə Azərbaycanı təmsil edən Rafael Fiziev meksikalı Manuel Torres ilə qarşılaşacaq.
Biletlər “iTicket” platforması vasitəsilə əldə edilə biləcək. “UFC Fight Club” üzvləri üçün satış 13 may saat 10:00-da başlayacaq, əvvəlcədən qeydiyyatdan keçənlər isə bir gün sonra biletləri ala biləcəklər.
Qeyd edilib ki, Fiziev yüngül çəki dərəcəsində 11-ci sıradadır və ev arenasında qələbə qazanaraq titul yarışına qayıtmağı hədəfləyir.