
“BaiQymyz-2026” festivalının ilk günündə 40 minədək ziyarətçi iştirak edib
Fins.az - Qazaxıstanın paytaxtı Astanada keçirilən “BaiQymyz-2026” beynəlxalq qastronomiya festivalının ilk günündə təxminən 40 min nəfər iştirak edib.
“Qazanat” ippodromunda təşkil olunan festivala çoxsaylı xarici turistlər də qatılıblar. Tədbir üçün istehsalçılar 200 min litr qımız və 1 ton şubat (dəvə südü) təqdim ediblər.
Festival iştirakçıları Qazaxıstan, Qırğızıstan və Rusiyanın Yakutiya bölgəsindən olan 60-dan çox istehsalçının məhsullarını dadmaq, həmçinin milli yeməklərin hazırlanmasına dair ustad dərslərində iştirak etmək və xalq sənətkarlığı sərgiləri ilə tanış olmaq imkanı əldə ediblər.