Azərbaycanın Portuqaliyaya neft ixracı artıb – 112 milyon dollarlıq satış

Azərbaycanın Portuqaliyaya neft ixracı artıb – 112 milyon dollarlıq satış

DÜNYA
392

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Portuqaliya istiqamətində xam neft və neft məhsullarının ixracında artım qeydə alınıb.

Hesabat dövründə bu ölkəyə 112,3 milyon ABŞ dolları dəyərində 223,5 min tondan çox xam neft və neft məhsulları ixrac edilib. Məlumat Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanıb.

Qurumun hesabatına əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3%, həcm baxımından isə 3,5% çoxdur.

Ümumilikdə isə 2026-cı ilin ilk iki ayında Azərbaycandan 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon tondan çox xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ölkənin enerji ixracında sabit dinamikanın davam etdiyini göstərir.

Qeyd edək ki, xam neft və neft məhsulları üzrə əsas idxalçı ölkələr arasında Portuqaliya 3-cü yerdə qərarlaşıb. Bu istiqamət üzrə ixracın 6,2%-i məhz bu ölkənin payına düşür.

Ekspertlər bildirirlər ki, Avropa bazarında enerji resurslarına tələbatın davam etməsi Azərbaycanın neft ixracının sabitliyinə və coğrafiyasının genişlənməsinə müsbət təsir göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...