
Azərbaycanın 15 taekvondoçusu dünya çempionatında çıxış edəcək
Fins.az - Özbəkistanın paytaxtı Daşkənd şəhərində gənclər arasında keçiriləcək taekvondo üzrə dünya çempionatında Azərbaycanı 15 idmançı təmsil edəcək.
Oğlanlar komandasında Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq) və Allahverdi Məmmədov (+78 kq) çıxış edəcək.
Qızlar arasında isə Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaq.
Yarışlar 12-17 aprel tarixlərində keçiriləcək.