Azərbaycandan Qazaxıstana ixrac 21,5 faiz artıb

Azərbaycandan Qazaxıstana ixrac 21,5 faiz artıb

DÜNYA
160

Fins.az - 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Qazaxıstana 42 milyon 314,17 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz və ya 7 milyon 497,25 min dollar çoxdur.

Hesabat dövründə Azərbaycana Qazaxıstandan 71 milyon 860,6 min dollar dəyərində məhsul idxal edilib.

Bu isə illik müqayisədə 3,2 dəfə azalma deməkdir. İdxalın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 159 milyon 7,1 min dollar az olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Qazaxıstana ixrac 21,5 faiz artıb — Fins.az — Fins.az