Azərbaycan üzərindən tranzit olunan Qazaxıstan neftinin həcmi 4 milyon tona çatdırılıb

Azərbaycan üzərindən tranzit olunan Qazaxıstan neftinin həcmi 4 milyon tona çatdırılıb

DÜNYA
404

Fins.az - SOCAR və “KazMunayQaz” (KMG) şirkətləri Azərbaycan üzərindən Qazaxıstan neftinin tranzitini davam etdirərək həcmi 4 milyon tona çatdırıblar. Martın 12-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından çıxan 427-ci neft partiyası martın 13-də “Azərtrans” Səngəçal terminalına çatıb. Ümumilikdə 3,8 milyon ton “Tengiz” yatağından, 200 min ton isə “Kaşağan” yatağından daşınıb. Neft BTC boru kəməri vasitəsilə Ceyhan limanına göndərilərək dünya bazarlarına çatdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan üzərindən tranzit olunan Qazaxıstan neftinin həcmi 4 milyon tona çatdırılıb — Fins.az — Fins.az