Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransında təmsil olunur

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransında təmsil olunur

DÜNYA
330

Fins.az - Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) işə başlayıb.

Martın 30-dan aprelin 1-dək davam edəcək tədbir Şimali Afrika və Aralıq dənizi regionunda enerji sahəsinin nüfuzlu platforması hesab olunur. “EGYPS 2026” çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, həmçinin enerji ilə bağlı innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin liderləri iştirak edir.

Azərbaycanı konfransda SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransında təmsil olunur — Fins.az — Fins.az