
Azərbaycan qadın futbol millisi Macarıstana məğlub olub
Fins.az - Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
C Liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan millisini qəbul edib. Gərgin keçən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin yeganə qolunu Xanım Əsədova vurub.
Yığma bu oyuna qədər qrupda Andorra üzərində iki qələbə (3:1 və 2:0), Şimali Makedoniya üzərində isə 2:0 hesablı qələbə qazanmışdı. Komandamız daha əvvəl səfərdə Macarıstana da 0:1 hesabı ilə məğlub olmuşdu.