Azərbaycan Kubokunda finalçılar müəyyənləşib: “Zirə” və “Sabah” həlledici matçda

Azərbaycan Kubokunda finalçılar müəyyənləşib: “Zirə” və “Sabah” həlledici matçda

DÜNYA
272

Fins.az - Futbol üzrə Azərbaycan Kubokunda 2026-cı il mövsümünün finalçıları bəlli olub. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, “Zirə” və “Sabah” komandaları həlledici oyuna vəsiqə qazanıblar.

“Zirə” yarımfinalda “Turan Tovuz”u iki oyunun nəticəsinə görə (2:0, 0:0) mübarizədən kənarlaşdırıb. “Sabah” isə gərgin keçən qarşılaşmada “Qarabağ”ı (2:2, 2:1) məğlub edərək finala yüksəlib.

Bu, “Zirə” üçün tarixində üçüncü final olacaq. Komanda bundan əvvəl 2021/2022 və 2023/2024 mövsümlərində də finalda çıxış edib. “Sabah” isə ardıcıl ikinci dəfə finalda oynayacaq və ötən mövsüm qazandığı titulu qorumağa çalışacaq.

Final oyunu mayın 13-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Kubokunda finalçılar müəyyənləşib: “Zirə” və “Sabah” həlledici matçda — Fins.az — Fins.az