
Azərbaycan güləşçiləri Vyetnamda 1 dəst medalla çıxışını başa vurub
Fins.az - Azərbaycan çimərlik güləşi komandası Vyetnamın Dananq şəhərində keçirilən Dünya Seriyasının ilk mərhələsini 1 dəst medalla başa vurub.
Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 4 idmançı çıxış edib.
90 kiloqram çəki dərəcəsində Əşrəf Aşırov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabı ilə qalib gəlib.
80 kiloqramda isə Sahib Dadaşov gümüş medal əldə edib. O, yarımfinalda fransalı Huqo Kuenonu məğlub etsə də, finalda gürcüstanlı Luka Çxitunidzeyə 1:2 hesabı ilə uduzub.