
Azərbaycan Dünya Kubokunda 8 boksçu ilə təmsil olunacaq
Fins.az - İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə Dünya Kuboku start götürəcək.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, yeddi gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan millisi də iştirak edəcək.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Ravşan Xocayev turnirdə səkkiz idmançıya şans verəcək.
Milli komandanın heyətində Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) yer alıb.