
Azərbaycan və Dominikan arasında parlament əlaqələri müzakirə olunub
Fins.az - Azərbaycan və Dominikan Respublikası arasında parlamentlərarası əlaqələr müzakirə edilib.
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev sosial şəbəkədə bildirib ki, o, Dominikan Respublikasının Senatının sədri Rikardo de los Santos Polanko ilə görüşüb.
Görüşdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.