Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

DÜNYA
350

Fins.az - Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın Tbilisi şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində serbiyalı Vasiliye Gruyiçiçi məğlub edib. O, finala çıxmaq uğrunda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Turnirin digər nəticələrinə görə, Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) 1/8 finalda, Murad Fətiyev (90 kq) isə 1/16 finalda mübarizəni dayandırıb.

Azərbaycan yarışda 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov gümüş, Əhməd Yusifov və Turan Bayramov isə bürünc medal qazanıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib — Fins.az — Fins.az