
Azərbaycan cüdoçuları Gürcüstandakı Avropa Kubokunda 9 medal qazanıblar
Fins.az - Azərbaycan cüdoçuları Gori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.
Yarışın son günündə Ecdar Bağırov 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəkidə Elmar Qasımov bürünc medala sahib çıxıb.
Bundan başqa, Xəyyam Əliyev (90 kq) və Diana Tçkayeva (48 kq) da turniri bürünc medalla başa vurublar.
İlk yarış günündə isə İslam Rəhimov (66 kq) qızıl, Elşən Əsədov (66 kq) gümüş medal əldə edib. Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq) və Rüfət Şövlətov (73 kq) isə bürünc mükafatçılar olublar.