Avstraliya Milli Bankı ölkədə vaksinasiyanı sürətləndirmək üçün adını dəyişib

Avstraliya Milli Bankı ölkədə vaksinasiyanı sürətləndirmək üçün adını dəyişib

DÜNYA
544

Sentyabrın 10-da Avstraliya Milli Bankı (NAB) ölkədə vaksinasiyanı sürətləndirmək məqsədilə adını və loqosunu dəyişib.

Fins.az xəbər verir ki, bu barədə bankın baş direktoru Ross Makevonun yaydığı bəyanatda bildirilir.

Avstraliyalılar üçün adət halını almış NAB adını JAB (ingilis dilində vaksinasiya et) ilə əvəz edən bank bununla 2021-ci ilin fevralından Avstraliyada start götürmüş “Go jab!” (“Vaksinasiya et!”) kampaniyasına dəstək vermək istəyir.

Bildirilir ki, bankın yeni adı və loqosu yalnız 2021-ci ilin sonunadək qüvvədə olacaq. Sonra bankın əvvəlki adı özünə qaytarılacaq.

Əlavə olaraq qeyd edək ki, Avstraliyada yaşlı əhalinin 40 faizi (8,3 milyon nəfər) vaksinasiya edilib. Vaksinin ilk dozasını isə əhalinin 65 faizi (13,4 milyon nəfər) alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avstraliya Milli Bankı ölkədə vaksinasiyanı sürətləndirmək üçün adını dəyişib — Fins.az — Fins.az