
Avrozonada iqtisadi aktivlik gözləntilərin altında
Avro Bölgəsinin istehsal və xidmət sektorlarında aktivliyi ölçən Satınalma Menecerləri İndeksinin (PMI) oktyabr ayı yekun məlumatları açıqlanıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avrozonada özəl sektorun fəaliyyəti 2023-cü ilin son rübünə başqa bir tutqun mənzərə ilə başlayıb. Bu, region iqtisadiyyatının tənəzzüldə ola biləcəyini göstərir. S&P Global, oktyabr ayında PMI enişinin Avrozonada geniş əsaslı olduğunu bildirib.
Avrozonada istehsal PMI oktyabr ayında gözləntilərin altında 43,0 olaraq açıqlanıb. Bloomberg-in gözlənti sorğusuna görə, oktyabr ayında istehsal PMI-nin 43,7 olacağı gözlənirdi. Sentyabrda istehsal PMI 43,4 olub.
Avrozonada kompozit PMI oktyabr ayında 46,5 ilə üç ilin ən aşağı səviyyəsinə düşüb. Gözləntilərin altında açıqlanan kompozit PMI-nin oktyabr ayında 47,4 olacağı gözlənilirdi.
Digər tərəfdən, Avrozonada xidmət PMI oktyabr ayında gözləntilərin altında 47,8 olaraq açıqlanıb. Gözləntilər, xidmət PMI-nin 48.6 olacağı idi.
Günel Məlikzadə
Fins.az