Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb

Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb

DÜNYA
1,003

Bu ilin iyul ayında Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2021-ci ildən bəri ən aşağı səviyyəyə - 8,6 mln. tona düşüb.

Bu barədə Fins.az “Bloomberg“ə istinadən xəbər verir.

“İyulda LNG tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 8,6 mln. tona düşüb ki, bu da 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir”, - məlumatda bildirilir.

Məlumata görə, 2021-ci ilin noyabrında Avropaya tədarük edilən LNG-nin həcmi 7,6 mln. ton təşkil edib.

Qeyd olunur ki, 2021-ci ilin noyabrından bu yana Avropaya LNG tədarükü üzrə maksimal göstərici ötən ilin dekabrında qeydə alınıb və 13,3 mln. ton təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb — Fins.az — Fins.az