Avropada qaz qiymətləri artır, ABŞ bazarı sabit qalır - Fitch

Avropada qaz qiymətləri artır, ABŞ bazarı sabit qalır - Fitch

DÜNYA
326

Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2026–2029-cu illər üçün təbii qaz qiymətləri üzrə proqnozlarını yeniləyib.

Fins.az xəbər verir ki, agentlik Hörmüz boğazı ətrafında yaranmış risklər və sıxılmış təbii qaz (STQ) bazarında davam edən gərginlik fonunda Avropanın TTF etalon göstəricisi üzrə proqnozları artırıb, ABŞ-nin “Henry Hub” göstəricisi üzrə proqnozları isə dəyişməz saxlayıb.

Fitch-in qiymətləndirməsinə əsasən, bu dəyişikliklər regional bazarlar arasında fərqlərin artdığını göstərir. ABŞ-də məhdud ixrac imkanları müşahidə olunsa da, Avropada daha sıx təchizat şəraiti formalaşıb.

Yenilənmiş proqnozlara görə, “Henry Hub” təbii qaz göstəricisi 2026–2029-cu illər üzrə sabit saxlanılıb:

  • 2025 (faktiki): 3,5 ABŞ dolları/mcf

  • 2026: 3,50

  • 2027: 3,25

  • 2028: 3,00

  • 2029: 2,75

  • Ortamüddətli səviyyə: 2,75

Avropanın TTF göstəricisi üzrə isə artım qeydə alınıb:

  • 2025 (faktiki): 11,9 ABŞ dolları/mcf

  • 2026: 14,0 (əvvəl 12,0)

  • 2027: 9,0 (əvvəl 7,0)

  • 2028: 7,0

  • 2029: 7,0

  • Ortamüddətli səviyyə: 5,0

Agentlik hər iki etalon üzrə stress-ssenarini də dəyişməyib. Belə ki, 2026–2029-cu illər üçün “Henry Hub” 2,25–3,00 ABŞ dolları/mcf diapazonunda, TTF isə 5,0 ABŞ dolları/mcf səviyyəsində qiymətləndirilir. Ortamüddətli perspektivdə isə TTF göstəricisi 4,5 ABŞ dolları/mcf olaraq saxlanılıb.

Fitch-in açıqlamasında qeyd olunur ki, TTF üzrə proqnozun yüksəldilməsi Qətərın sıxılmış təbii qaz (STQ) tədarüklərinin Hörmüz boğazından keçidi zamanı yarana biləcək fasilələrlə bağlıdır.

Agentlik əlavə edib ki, boğazın təxminən iyul ayında yenidən açılması ehtimal olunsa da, Avropa qaz bazarında 2026-cı il ərzində gərginliklərin davam etməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada qaz qiymətləri artır, ABŞ bazarı sabit qalır - Fitch — Fins.az — Fins.az