
Avropada enerji xərcləri 50 faizə qədər arta bilər
Fins.az - İranla münaqişə fonunda Avropada ev təsərrüfatlarının enerji xərclərinin kəskin artacağı gözlənilir.
“Euractiv” portalının Avropa Həmkarlar İttifaqları Konfederasiyasının araşdırmasına istinadən yaydığı məlumata görə, 2026-cı ildə orta enerji xərcləri təxminən 50 faiz arta bilər. Bu isə ailələrin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıraraq yaşayış xərcləri böhranını daha da dərinləşdirə bilər.
Ekspertlər bildirirlər ki, əsas səbəb qlobal neft və qaz qiymətlərinin yüksəlməsi və enerji təchizatında yaranan fasilələrdir. Xüsusilə, dünya enerji tranzitinin mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafındakı gərginlik bazarda qeyri-sabitliyi artırır.