
Avropa Parlamenti 130 tədbiri təxirə saldı
Avropa Komissiyasının ardından Avropa Parlamentinin sədri David Sassoli də koronavirusa qarşı tədbirlər görəcəyini açıqlayıb.
Fins.az “Euronews”a istinadən xəbər verir ki, Avropa Parlamentinin qarşıdakı üç həftədə 6-7 min nəfərin iştirakı nəzərdə tutulan 130 tədbiri təxirə salınıb.
Məlumata görə, bu müddət ərzində kənardan gələn ziyarətçilər də parlamentə daxil ola bilməyəcəklər.
Parlament sədri işlərin bu formada davam edəcəyini, komitə işlərində axsamaların olmayacağını bildirib.