
Avropa Mərkəzi Bankı avrozonada iqtisadi artım proqnozunu azaldıb, inflyasiya gözləntisini yüksəldib
Fins.az - Avropa Mərkəzi Bankı avrozonanın iqtisadi inkişafı ilə bağlı proqnozlarını yeniləyib.
Məlumata görə, qurum 2026-cı ildə avrozona iqtisadiyyatının 0,8 faiz, 2027-ci ildə isə 1,2 faiz artacağını gözləyir.
Əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 0,9 faiz və 1,3 faiz səviyyəsində qiymətləndirilmişdi.
Bununla yanaşı, 2028-ci il üzrə iqtisadi artım proqnozu 1,4 faizdən 1,5 faizə yüksəldilib.
Avropa Mərkəzi Bankı inflyasiya ilə bağlı gözləntilərini də artırıb. Belə ki, cari il üzrə inflyasiya proqnozu 2,6 faizdən 3 faizə qaldırılıb.