Avropa liderləri Hörmüz boğazında mümkün missiyanı müzakirə edəcək

Avropa liderləri Hörmüz boğazında mümkün missiyanı müzakirə edəcək

DÜNYA
345

Fins.az - İtaliyanın Baş naziri Ciorcia Meloni aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts ilə görüş keçirəcək.

Görüşün əsas mövzularından biri Hörmüz boğazında azad gəmiçiliyin təmin olunmasına yönəlmiş mümkün Avropa missiyası olacaq.

Məlumata görə, bu təşəbbüs bölgədə artan təhlükəsizlik riskləri fonunda dəniz nəqliyyatının qorunmasını hədəfləyir.

Eyni zamanda, görüşün ABŞ ilə Avropa ölkələri arasında İranla bağlı mövqelərdə yaranan fikir ayrılıqları fonunda keçirildiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa liderləri Hörmüz boğazında mümkün missiyanı müzakirə edəcək — Fins.az — Fins.az