Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avro güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avro güzəştli kredit ayıracaq

DÜNYA
223

Fins.az -Avropa Komissiyası Qərbi Balkan ölkələrinin inkişafına dəstək məqsədilə 540 milyon avro məbləğində güzəştli kredit ayıracağını açıqlayıb.

Qərar Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasında keçirilən sammitdə müzakirə olunan inkişaf planı və genişlənmə məsələləri çərçivəsində elan edilib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, Qərbi Balkanlar Avropa İttifaqının gələcək hissəsi hesab olunur və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

Onun sözlərinə görə, inkişaf planı region ölkələrinin Avropa İttifaqının vahid bazarına mərhələli inteqrasiyasını nəzərdə tutur. Bunun müqabilində isə Qərbi Balkan ölkələri iqtisadi və institusional islahatlar həyata keçirməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avro güzəştli kredit ayıracaq — Fins.az — Fins.az