Avropa İttifaqının ticarət kəsiri 34 mlrd. avroya yüksəlib

Avropa İttifaqının ticarət kəsiri 34 mlrd. avroya yüksəlib

DÜNYA
926

Avropa İttifaqının (Aİ) bu ilin iyun ayında ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% artaraq 224,9 milyard avroya, idxalı isə 48,5% artaraq 258,9 milyard avroya çatıb.

Fins.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Beləliklə, Aİ-nin xarici ticarət kəsiri 34 milyard avro təşkil edib.

Eyni zamanda, Avrozonanın iyun ayında ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% artaraq 252,2 milyard avroya, idxal isə 43,5% artaraq 276,8 milyard avroya çatıb. Bu dövrdə Avrozonanın ticarət kəsiri 24,6 milyard avro olaraq qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa İttifaqının ticarət kəsiri 34 mlrd. avroya yüksəlib — Fins.az — Fins.az