
Avropa İttifaqı süni intellekt giqafabrikalarına yanaşmasını yenidən qiymətləndirir
Fins.az - Avropa İttifaqı süni intellekt (AI) sahəsində irimiqyaslı “giqafabrikalar” layihəsinə yanaşmasını yenidən nəzərdən keçirir. Bu təşəbbüs Avropanın texnoloji rəqabət qabiliyyətini artırmaq məqsədi daşısa da, onun iqtisadi və praktiki əsaslandırılması üzərində əlavə işləmələr aparılır.
AI giqafabrikaları həm yeni nəsil AI modellərinin hazırlanması, həm də genişmiqyaslı tətbiqlərin təmin edilməsi üçün nəzərdə tutulub. Böyük hesablama gücünə malik olacaq bu obyektlər Avropanın ABŞ və Çinlə rəqabətdə mövqeyini gücləndirməyə yönəlib.
Bununla belə, rəsmi Brüssel layihənin həyata keçirilməsi ilə bağlı bəzi məqamlara yenidən gözdən keçirir. Xüsusilə sənaye nümayəndələri və ekspertlər layihənin kommersiya dayanıqlığı, tələb səviyyəsi və maliyyə riskləri ilə bağlı məsələləri qaldırırlar.