Avropa İttifaqı Rusiya iqtisadiyyatının ən azı 15% azalacağını gözləyir

Avropa İttifaqı Rusiya iqtisadiyyatının ən azı 15% azalacağını gözləyir

DÜNYA
408

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, müharibə və tətbiq olunan iqtisadi sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatının bu il ən azı 15% kiçiləcəyini proqnozlaşdırıb.

"Fins.az" xəbər verir ki, Borrell Rusiya-Ukrayna müharibəsi və onun Aİ-yə mümkün təsirləri haqqında bloq yazısı dərc edib.

Müharibənin minlərlə insanın həyatını itirməsi ilə yanaşı qlobal iqtisadiyyata ciddi ziyan vurduğunu ifadə edən Borrell, AB liderlərinin Avropanın iqtisadi dayanıqlığının artırılması, Rusiyadan enerji idxalının azaldılması və müdafiənin gücləndirilməsi mövzusunda razılaşdıqlarını ifadə edib.

Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibə nəticəsində Rusiya iqtisadiyyatının da mənfi təsirləndiyini xatırladan Borrell, rublun dəyərinin yarısını itirdiyini və inflyasiyanın sürətlə artdığını qeyd edib.

Moskva Birjasının bağlandığını və bir çox beynəlxalq şirkətin ölkəni tərk etdiyini xatırladan Borrell, "Rusiya iqtisadiyyatının bu il ən az 15% kiçilməsi gözlənilir. Zəifləmiş və təcrid olunmuş Rusiyanın gələcəkdə Çindən asılı vəziyyətə düşməsi riski var,"-deyə mövcud vəziyyəti dəyərləndirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa İttifaqı Rusiya iqtisadiyyatının ən azı 15% azalacağını gözləyir — Fins.az — Fins.az