Avropa İttifaqı 150 milyard avroluq kredit fondu yaradacaq

Avropa İttifaqı 150 milyard avroluq kredit fondu yaradacaq

DÜNYA
396

Finss.az - Avropa İttifaqı ölkələri 150 milyard avro məbləğində kredit fondu yaratmaq barədə razılığa gəliblər.

Bu fondun vəsaiti ittifaq üzv dövlətlərinin birgə silah alışı üçün istifadə olunacaq. Fond Avropa İttifaqının büdcəsindən maliyyələşdiriləcək.

Siyasi razılıq bazar ertəsi səhər əldə olunub. Qərar bir neçə ay davam edən müzakirələrdən sonra verilib. Avropa Komissiyası bu il ərzində belə bir təşəbbüs irəli sürərək, ittifaqın silahlanma prosesini sürətləndirməyi məqsəd qoyub.

Fondun yaradılması ilə bağlı rəsmi sənədlərin bu həftə çərşənbə günü imzalanması gözlənilir.

Qeyd edək ki, martın əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Leyen 800 milyard avro dəyərində yeni silahlanma planını təqdim etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa İttifaqı 150 milyard avroluq kredit fondu yaradacaq — Fins.az — Fins.az