Avropa çempionu olan Azərbaycan yığması Vətənə qayıdıb

Avropa çempionu olan Azərbaycan yığması Vətənə qayıdıb

DÜNYA
240

Fins.az - Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılar, federasiya rəsmiləri, media nümayəndələri və ailə üzvləri tərəfindən qarşılanan yığma ümumilikdə 133 xal toplayaraq birinci yeri tutub.

Komandanın heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal, Rəşad Məmmədov (55 kq), Nihad Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan ümumilikdə 25 güləşçi ilə təmsil olunub və yarış aprelin 26-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa çempionu olan Azərbaycan yığması Vətənə qayıdıb — Fins.az — Fins.az