Avropa çempionatı: Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 1 bürünc medal uğrunda

Avropa çempionatı: Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 1 bürünc medal uğrunda

DÜNYA
424

Fins.az - Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı bu gün başa çatır. Yarışın son günündə Azərbaycanın 5 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.

Onlardan 4-ü final görüşünə çıxaraq qızıl medal uğrunda güləşəcək. Turan Bayramov (74 kq) Taymuraz Salmazanovla (Slovakiya), Arseni Cioyev (86 kq) İbrahim Kadiyevlə, Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125 kq) isə Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.

Digər təmsilçimiz Nürəddin Novruz (61 kq) isə bürünc medal uğrunda ermənistanlı Arsen Arutyunyanla üz-üzə gələcək.

Hazırda Azərbaycan millisinin aktivində 9 medal var. Yunan-Roma güləşində Həsrət Cəfərov və Qurban Qurbanov qızıl medal qazanıblar. Rəşad Məmmədov, Nihat Məmmədli və İslam Abbasov isə bürünc medala sahib olublar.

Qadın güləşində Jalə Əliyeva və Günay Qurbanova üçüncü yeri tutublar. Sərbəst güləşdə isə İslam Bazarqanov qızıl, Cəbrayıl Hacıyev isə bürünc medal əldə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa çempionatı: Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 1 bürünc medal uğrunda — Fins.az — Fins.az