Avropa Birliyindən Belarusiyadakı etirazçıların tələbləri ilə bağlı AÇIQLAMA

Avropa Birliyindən Belarusiyadakı etirazçıların tələbləri ilə bağlı AÇIQLAMA

DÜNYA
506

Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell, ölkə hakimiyyəti tərəfindən insan hüquqlarının və əsas azadlıqlarının pozulmasına etiraz olaraq belaruslara dəstək olaraq açıqlama verib.

"Bu gün yüz minlərlə belarus dinc aksiya keçirərək, siyasi məhbusların sərbəst buraxılmasını, polis vəhşiliyinə cavabdeh şəxslərin mühakimə olunmasını və həqiqi seçkinin keçirilməsini tələb edir" deyə Borrell Bazar axşamı tvitter hesabında yazıb

"Avropa Birliyi, Belarus xalqını dəstəkləyir", - AB-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi əmin etdi.

Minskdə prezident Alexander Lukashenko əleyhdarlarının geniş mitinqi keçirilir. Medianın hesablamalarına görə, aksiyada bir neçə yüz min insan iştirak edir, prezident seçkilərinin nəticələri ilə razılaşmayanlar və mülki şəxslərə qarşı zorakılıq tətbiq edilməsinə qarşı həmrəydir.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Birliyindən Belarusiyadakı etirazçıların tələbləri ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az