
Avropa Birliyi ABŞ-a qarşı: Sanksiyaları dayandır...
Avropa Birliyinin baş diplomatı Jozep Borrell ABŞ-ın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalarını tənqid edib.
Borrell ABŞ-ın sanksiyalarının “legitim biznes” aparan şirkətləri vurduğunu bildirib. O, Avropa siyasətini üçüncü ölkələrin yox, Avropanın müəyyən etməli olduğunu deyib.
Qeyd edək ki, bundan öncə ABŞ “Şimal axını 2” kəmərinin Avropanın enerji təhlükəsizliyinə zərbə vurduğunu açıqlamışdı.