
Avişirkətlər yanacaq bahalaşması səbəbindən reysləri azaldır
Fins.az - Aviasiya yanacağının bahalaşması fonunda dünya üzrə aviaşirkətlər reyslərin sayını azaltmağa başlayıb.
Məlumata görə, ilk belə addımlardan birini Niderlandın KLM aviaşirkəti ataraq Amsterdamdan 80 cüt reysi ləğv etməyi planlaşdırır.
Bundan əvvəl United Airlines, Lufthansa və Cathay Pacific kimi iri daşıyıcılar da oxşar qərarlar qəbul edib.
Analitiklərin qiymətləndirməsinə əsasən, may ayında qlobal sərnişin axını 3% azalıb.
Yanacaq xərclərinin artması aviasiya sektoruna ciddi təzyiq göstərir və şirkətləri marşrut şəbəkələrini yenidən nəzərdən keçirməyə, eləcə də xərcləri optimallaşdırmağa məcbur edir.