Avatr 07L təqdimata hazırlaşır: daha böyük və güclü krossover

Avatr 07L təqdimata hazırlaşır: daha böyük və güclü krossover

DÜNYA
319

Fins.az - Avatr markası uzadılmış kuzova malik yeni Avatr 07L modelini anons edib.

Yeni versiya standart Avatr 07-dən daha böyük ölçüləri, yenilənmiş xarici dizaynı və təkmilləşdirilmiş texniki göstəriciləri ilə fərqlənəcək.

Model Changan Automobile, Huawei və CATL şirkətlərinin birgə layihəsi olan Avatr brendinə məxsusdur.

Məlumata görə, Avatr 07 modeli 2025-ci ildə Çində 50 mindən çox satılıb və markanın ən populyar avtomobillərindən birinə çevrilib.

Yeni Avatr 07L-in standart modeli əvəz etməyəcəyi, əksinə model sırasını genişləndirəcəyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avatr 07L təqdimata hazırlaşır: daha böyük və güclü krossover — Fins.az — Fins.az